Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda YENİLİK gözlənilir: Yaşayış binalarında QAZ OLMAYACAQ?

24.11.2025 16:25 912
Azərbaycanda YENİLİK gözlənilir: Yaşayış binalarında QAZ OLMAYACAQ?
Azərbaycanda bina sektoru ölkənin emissiya mənbələri arasında xüsusi çəkiyə malikdir.

Bu barədə BMT-nin "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) sənədində qeyd olunub.

Hesabata görə, 2022-ci ildə yaşayış sektoru dörd milyard kubmetr, kommersiya, institusional və sənaye sektoru isə 0.5 milyard kubmetr təbii qaz istehlak edib. Bu həcm ümumilikdə 10 milyon ton CO₂ ekvivalentində tullantı yaradıb və binaları ölkədə emissiyaların 14 faizi ilə ikinci ən böyük mənbəyə çevirib. Bu səbəbdən binalar sektorunun dekarbonizasiyası iqlim öhdəliklərinə əməl olunması üçün əsas istiqamətlərdən biri kimi göstərilir.

Bu səbəbdən Azərbaycan 2035-ci ilə qədər yaşayış binalarının elektrik və istilik sistemləri ilə təchiz edilməsi istiqamətində yeni standartlar tətbiq edəcək.

Sənədə əsasən, binalarda elektrikli hava-su istilik nasoslarının və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Təbii qazla işləyən sistemlərdən, təxminən, üç dəfə daha səmərəli olan istilik nasosları həm isitmə, həm də isti su təminatını həyata keçirəcək və qazdan asılılığın azalmasına səbəb olacaq. Elektromaqnit enerjisindən istifadə edən elektrik plitələri isə qaz plitələrini əvəz edərək enerji itkilərini minimuma endirəcək.

Sənəddə bildirilir ki, binaların enerji səmərəliliyinin artırılması 2035-ci ilə qədər dekarbonizasiya hədəfinə çatmaq üçün kritik əhəmiyyət daşıyır. Bu çərçivədə genişmiqyaslı modernizasiya tədbirləri nəzərdə tutulur. Təkmilləşdirilmiş istilik izolyasiya materialları, ikiqat və üçqat şüşəli pəncərələr, eləcə də boru və avadanlıqların istilik izolyasiyası üzrə yeni standartların tətbiqi hesabına binaların enerji itkisinin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır. Bundan başqa, LED işıqlandırmaya keçid, enerji etiketli məişət texnikasının - soyuducu, paltaryuyan və qabyuyanların - geniş tətbiqi və qlobal enerji standartlarına uyğun yüksəksəmərəli kondisioner sistemlərinin quraşdırılması nəzərdə tutulur. Bu tədbirlərin enerji istehlakının ümumi azalmasına mühüm təsir göstərəcəyi vurğulanır.

Sənəddə vurğulanır ki, bütün bu tədbirlərin həyata keçirilməsi üçün ciddi kapital qoyuluşları tələb olunacaq. Bununla belə, istilik nasoslarının təbii qaz qazanlarına nisbətən, təxminən, üç dəfə yüksək enerji səmərəliliyinə malik olması uzunmüddətli perspektivdə enerji istehlakının azalmasına və istismar xərclərində əhəmiyyətli qənaətə səbəb olacaq.

Son xəbərlər