Mojo.az Banner
23:01 Epşteynlə əlaqələrinə görə üzr istədi, iki rus qadınla münasibətini etiraf etdi  |     22:54 Android istifadəçilərinə xəbərdarlıq: Bu proqramlar artıq lazımsızdır  |     22:48 Ötən il sahibsiz qalmış neçə əmlak dövlət mülkiyyətinə keçib?  |     22:43 Məskunlaşdığı evi 10 minlik elektrik borcu ilə tərk edən məcburi köçkün danışdı (FOTO)  |     22:37 Sulu qar, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək  |     22:31 Gəncədə "Bravo" marketdə içki və şokolad oğurluğu  |     22:25 Qəbələdə ağır qəza olub, ölən var  |     22:20 "Azərbaycan benzininə tələbat yüksək olaraq qalır" - Erməni nazir  |     22:12 Sabah metro gücləndirilmiş rejimdə işləyəcək  |     22:05 Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlandı  |     22:00 Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı  |     21:53 Göygöldə 32 yaşlı qadın dərmandan zəhərləndi  |     21:48 Bu il minimum əməkhaqqı artırılacaq?  |     21:42 Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     21:37 Toyuq hininə salıb, gəlinlik geyindirənlərə hökm oxundu - 44 il 4 ay  |     21:29 Arıqlamaq məqsədilə oruc tutmaq olar? - AÇIQLAMA  |     21:14 Vardanyan apelyasiya şikayəti verməyəcək  |     21:09 Qazaxıstanda Su-30SM qırıcı təyyarəsi qəzaya uğradı  |     21:01 "Laser Beauty Clinic"də qəfil yoxlama - Nigar Rüfət həkim-kosmetoloq işləyə bilməzmiş  |     20:54 Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi  |    
Left Banner
Right Banner

"Azəriqaz" yeni qaz limitinin nə vaxtdan hesablanacağını açıqlayıb

02.07.2021 12:17 696
Azərbaycanda abonentlər köhnə qaz tarifindən bu ilin iyul ayının 10-dək istifadə edə biləcəklər. Bu tarixdən sonra qaz istehlakı yeni tariflə hesablanacaq.

Bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, iyulun 10-dək "Azəriqaz" sayğacların oxunuşunu, o cümlədən əvvəlcədən ödənişli sayğaclarda proqram təminatı ilə bağlı işləri həyata keçirəcək və bu proses zamanı abonentlər köhnə tarifdən istifadə edəcəklər.

Xatırladaq ki, 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilmişdir. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 mln. nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1 200 kubmetrədək (1 200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1 200-2 500 kubmetr (2 500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2 500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minib. (APA)скачать dle 11.3
Mojo.az Banner