Samuxda heyvana işgəncə verən şəxs saxlanıldı
Median.Az unikal-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhmsiz davranan şəxsin Samux rayon sakini V. Bayramquliyev olması müəyyən edilib.
Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırma aparılır.
