Mojo.az Banner
18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış - 33 illik araşdırma

19.11.2025 19:33 540
Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış - 33 illik araşdırma
Süfrələrimizin ayrılmaz hissəsi olan kərə yağı ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın nəticələri narahatlıq doğurub.
 
Beynəlxalq alimlərin 33 il davam edən tədqiqatı kərə yağı istehlakının sağlamlıq üçün düşündüyümüzdən daha təhlükəli ola biləcəyini göstərib.
 
Araşdırma "JAMA Internal Medicine" jurnalında dərc olunub.
 
Tədqiqat zamanı kərə yağı və bitki yağlarını istifadə edən şəxslər uzun illər ərzində müqayisə edilib. Nəticələrə görə, ən çox kərə yağı istifadə edən qrupda ölüm riski 15 faiz daha yüksək olub. Əksinə, ən çox bitki yağı istifadə edən şəxslərdə ölüm riski 16 faiz daha aşağı qeydə alınıb.
 
Araşdırma həmçinin kərə yağı istehlakının artmasının xərçəngə bağlı ölüm riskini yüksəltdiyini göstərib. Bitki yağlarının isə xərçəng, infarkt və insult kimi xəstəliklərdən ölüm riskini azaltdığı müəyyən edilib. Sağlamlıq üçün ən faydalı bitki yağları arasında zeytun, soya və kanola yağları önə çıxıb.
 
Harvard mütəxəssisləri bildiriblər ki, kərə yağı demək olar ki, faydalı yağ turşuları ehtiva etmir, bunun əvəzində az miqdarda olsa da trans yağ saxlayır. Mütəxəssisin sözlərinə görə, trans yağlar ürək-damar xəstəlikləri üçün ən təhlükəli yağ növü sayılır.
 
Həkimlər bildirirlər ki, kərə yağından ara sıra dad vermək üçün az miqdarda istifadə eləmək problem yaratmır. Lakin uzunmüddətli sağlamlıq üçün yeməklərin hazırlanmasında və süfrədə kərə yağı əvəzinə bitki mənşəli yağlara üstünlük verilməsi tövsiyə olunur.
//Milli.azскачать dle 11.3
Mojo.az Banner