Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Pasiyenti dişsiz qoyan məşhur stomotoloqla bağlı qərar verildi

18.11.2025 22:04 510
Pasiyenti dişsiz qoyan məşhur stomotoloqla bağlı qərar verildi
Bakıda müxtəlif xəstəxanalarda stomatoloq kimi çalışan Anar Ağayevlə bağlı daha bir məhkəmə işinə baxılıb.

Qaynarinfo-nun məlumatına görə, vətəndaş D.Camıyev 2024-cü ilin yanvar ayında alt çənə sümüyündə arxa çeynəmə dişləri olan nahiyəyə protez qoydurmaq məqsədilə Anar Ağayevə müraciət edib. Həmin vaxt Anar Ağayev həkim işlədiyi "Perfect Smile” klinikasında onun dişlərinin ölçüsünü götürüb. D.Camıyev cavabdehə ilkin ödəniş kimi 700 manat pul verib.

Anar Ağayev pasiyenti 2024-cü ilin may ayının sonlarında "Prestige" Diş klinikası"nda qəbul edərək yenidən dişlərinin ölçüsünü götürüb, 5-10 günə işi tamamlayıb verəcəyini bildirib. Lakin həkim üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi üçün zərərçəkmiş şəxs Binəqədi Rayon Prokurorluğuna müraciət etməli olub.

D.Camıyev prokurorluğuna ərizə ilə müraciət edərək, Anar Ağavev adlı həkimin özünün və gəlninin dişlərini düzəltmək adı ilə ailəsindən ümumilikdə 2900 manat pul vəsaiti aldığını bildirib: "2023-cü ilin oktyabr ayında gəlinim Afət Camıyeva dişlərini müalicə etdirmək üçün Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Aristokrat" Tibb Mərkəzinə müraciət edib. Həmin tibb mərkəzində işləyən Anar Ağayev onun dişlərinə implant qoyub. İmplant qoyulması üçün Afət Camıyeva "Aristokrat” Tibb Mərkəzində ona 1000 manat pul verib, implant üzərində keramika dişlərin qoyulması üçün 1200 manatı isə kart vasitəsilə cavabdehə köçürüb. Amma gəlinimin dişlərində implant əməliyyatı aparması nəticəsində iltihablanma yaranıb".

İşə məhkəmədə də baxılıb. Məhkəmədə zərərçəkmiş şəxs öz dişlərinə görə həkimə verdiyi 700 manat maddi, 500 manat mənəvi zərərin əvəzinin və 32 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Məhkəmə Anar Ağayevdən 700 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun 18,56 manat hissəsi alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul edib.скачать dle 11.3
Mojo.az Banner