Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Təqsirləndirilən tiktoker "Beniz": "Bir ildə "TikTok"dan 306 min manat qazanmışam"

18.11.2025 20:26 831
Təqsirləndirilən tiktoker
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın cinayət işı üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən tiktoker, prokuror Tural Yaqubovun cinayət işindəki hədə-qorxu ilə tələb etmə ilə bağlı bir necə epizod üzrə verdiyi sualları cavablandırıb.

"Beniz" cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovu şantaj edərək ondan külli miqdarda vəsait alması məsələsinə gəlincə vurğulayıb ki, bu hal heç vaxt baş verməyib:

"Xalid Kərimovla ailəli olmuşam. Bir halda ki, o şəxslə ailə kimi yaşamışam, onu necə şantaj edə bilərəm? Sumqayıtda evimi satıb, onun da köməkliyi ilə Bakıda ev almışıq. Avtomobilimi satmışam, Xalid də üstünə pul qoyub, yeni avtomobil almışam. Mənim hər bir şeyim olub. Bir il ərzində "TikTok"dan 306 min manat pul qazanmışam, ona görə də heç vaxt ondan pul tələb etməyə ehtiyacım olmayıb".

Xaricdə yaşayan bloqer Manaf Cəlilzadə ilə onun hər hansı bir əlaqəsinin olub-olmaması məsələsinə gəlincə isə Aybəniz Xəlilova belə cavab verib: "Mən bu vətənə övlad yetişdirirəm. Üç ildən sonra onu əsgər yola salacağam. Heç vaxt elə bir nalayiq hərəkət etmərəm - onun kimi insanlarla hər hansı bir əlaqəyə keçmərəm. Milyonlarla izləyicim olan səhifəm var. Sadəcə, canlı açanda, o, dəfələrlə canlıya yazaraq "sənin arxanda duran həcini tapacağam" kimi ifadələr işlədirdi. Mən də onu bloka atmışam. Bildiyimə görə o, daha sonra Xalidə yazıb pul istəyirdi".

Vaxt məhdudiyyətindən epizodlar üzrə sualların cavablandırılması dekabrın 9-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə davam edəcək.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər