Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Fəhlə ev yiyəsini söydü, irad bildirən ustanı bıçaqladı

14.11.2025 12:34 570
Fəhlə ev yiyəsini söydü, irad bildirən ustanı bıçaqladı
Fəhlə paytaxtda birlikdə işlədiyi ustanı bıçaqlayıb.

Hadisə Xaşaxuna bağları massivində baş verib.

Təqsirləndirilən İlham Qocayev (soyad şərtidir) izahatında bildirib ki, təmir etdikləri evin yaxınlığında olan kafedə yemək yeyib. Sonra zərərçəkən Elsevər Əhmədov (soyad şərtidir) da ora gəlib. Qiymətlə bağlı ev yiyəsindən narazılıq edib, amma söyüş söyməyib. Sonra kafedən çıxıb evə gedib. Bir qədər sonra zərərçəkən də evə gəlib. Bu zaman zərərçəkən ona irad bildirməyə başlayıb və aralarında mübahisə yaranıb. Əlbəyaxa olan zaman zərərçəkən onu sərinkeşlə zərbə endirmək istəyib, bu zaman o, özünü müdafiə etmək üçün qarşı tərəfi bıçaqla ayaq nahiyəsindən vurub. Sonra o, oradan uzaqlaşıb şəhərdə kirayə qaldığı evə gedib. O bildirib ki, zərərçəkənə xəsarət yetirmək niyyəti olmayıb, yalnız özünü müdafiə edib.

Zərərçəkən isə izahatında bildirib ki, təqsirləndirilən şəxslə birlikdə Xaşaxunada yolun qırağında kafedə axşam yeməyi yeyərək təxminən 1 saat kafedə oturublar. Təqsirləndirilən şəxs orada bir qədər pivə içib, daha sonra paltarlarını dəyişmək üçün kafedən kənarlaşıb evə doğru gəliblər. Bu zaman yolda təqsirləndirilən şəxs ev yiyəsinin ünvanına səbəbsiz şəkildə nalayiq söyüşlər işlədib. O, yolboyu ona münasibət bildirməyib, lakin evin həyətinə çatdıqda ona irad bildirib ki, nəyə görə səbəbsiz yerə ev sahibinin dalınca nalayiq söyüş söyür. Bu zaman təqsirləndirilən şəxs ona anidən "ümumiyyətlə, sən nə deyirsən" deyib qışqıraraq həyətdəki stolun üzərindən götürdüyü bıçaqla sol ayağının baldır hissəsindən xəsarət yetirib. Onlarla birlikdə işləyən digər fəhlə köməyə gəlib və tez 103 xidmətinə zəng edib. Bir qədər sonra Təcili Tibbi Yardım gəlib və onu 3 saylı Sabunçu Xəstəxanasına aparıblar.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
//oxu.az

Son xəbərlər