“Oğlumu namus üstündə öldürübsə, bağışlayıram” » Median.Az - Bütün xəbərlər bir ünvanda
00:35 Şərurlu İsfəndiyarın oğlu həbs edildi  |     23:00 Sumqayıtda ticarət mərkəzində yanğın baş verib  |     22:31 Bişkekdə ənənəvi Azərbaycan əl işlərinin sərgisi keçiriləcək  |     22:26 ChatGPT yaddaş funksiyasını işə salır - Axtarışlar fərdiləşəcək  |     22:19 Binadakı qarajlardan istifadə üçün ödəniş tələb olunması qanunidir?  |     22:14 Antivirus proqramları zərərli faylları necə aşkar edir?  |     22:05 Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI  |     22:00 "Sabah" 9 oyundan sonra Premyer Liqada qələbə qazandı  |     21:54 Ağ Ev COVID-19-un Çində laboratoriya şəraitində yarandığını iddia edir  |     21:46 Messi meksikalı azarkeşlərin düşmənçiliyindən şikayətləndi  |     21:40 Füzulidə evlərə qənim kəsilən oğru ələ keçdi - Hökm oxundu  |     21:32 Etna yenidən fəallaşdı: Lava və kül gecəni işıqlandırdı  |     21:26 Quruması üçün sərilən xalçanı oğurlayıb "bit bazarı"nda satdı  |     21:17 "07" ilə Nyu Nyork küçələrində gəzən azərbaycanlı kimdir? (VİDEO)  |     21:10 “Kursk vilayətinin 99,5 faizi azad edilib”  |     21:02 Bulvarda dənizdə meyit tapıldı  |     20:57 Robotlar insanlarla yarışdı - Çində ilk (VİDEO)  |     20:45 “Onsuz da kvadratım azdır, balkonu da çıxsalar, küçədə qalıram...” - VİDEO  |     20:38 Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq  |     20:31 Bakının əsas prospektlərindən birində təmir işlərinin bitəcəyi vaxt açıqlanıb  |    

“Oğlumu namus üstündə öldürübsə, bağışlayıram”

Dostunu amansızlıqla öldürməkdə təqsirləndirilən Amal Zülfqarovun cinayət işi üzrə məhkəmə davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elvin Osmanov ifadə verib. O bildirib ki, hadisə baş verən kafedə işləyib.
 
Hadisə baş verən zaman mətbəxdə olduğunu deyən şahid səs-küy başlayan zaman zala gəldiyini bildirib: “İşdən çıxanda hadisə baş vermişdi. Yaralılardan Tələtin yanında idim. Onları sakitləşdirməyə çalışırdıq. Amal heç kimi yaxına buraxmırdı. Tələt çölə çıxanda onun arxasıca çıxdım. Nə baş verdiyini görmədim”.
 
Mərhumun anası şahiddən soruşub ki, Amal oğlunu vurmasının səbəbini deyibmi?: “Əgər həqiqətən oğlum namus üstündə öldürülübsə, araşdırılsın. Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın. Oğlumu 9 aydır itirmişəm”.
 
Məhkəmədə təqsirləndirilən şəxsin atası Mahir Zülfüqarov da ifadə verib. O bildirib ki, oğlu Nabrandan gələndən sonra gərgin və fikirli olub: “Danışmırdı, yemək də yemirdi. Elə bir xasiyyəti də var idi ki, sözü olanda danışmırdı. Həmin gecə evə zəng gələndə bildim ki, hadisə baş verib”.
 
Mahir Zülfüqarov isə söyləyib ki, hadisədən sonra oğlu ilə mərhum arasındakı mübahisə barədə bunları eşidib: “Nabrana gedəndə mərhum Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da buna iradını bildirib, deyib ki, bir xanım haqqında bu sözləri işlətmə. Çünki həmin qadın hamımızın yaxını ola bilər”.
 
Mahir Zülfüqarov qeyd edib ki, oğlu Amal Almaniyada olan bacısının hicaba keçməsini istəyib: “Yanımda olan qızım hicablıdır. Amal namaz qılandan sonra istəyirdi ki, bacısı da hicab bağlasın”.
 
İttihama görə, Amal Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşaraq onun boyun və sinə nahiyyələrinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.
 
Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olanfa Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək yenidən qismətə hücum edib və ürək, boğaz, sinə və qarın nahiyyələrinə bir neçə zərbə də endirib.
 
Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyəytdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Amal Zülfüqarov SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 229 30.04.18 17:19