Göygöldə qəza: Xəsarət alanlar var
Hadisə rayon ərazisində qeydə alınıb.
VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində rayonun Hacıməlik kənd sakinləri - 2003-cü il təvəllüdlü Fuad Əsgərov, 2003-cü il təvəllüdlü Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və İsmət Yusifov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.
//oxu.az
