Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |    
Mojo.az Avto
Mojo.az Avto

Transgender idmançılar Olimpiya oyunlarından kənarlaşdırılır

11.11.2025 13:27 966
Transgender idmançılar Olimpiya oyunlarından kənarlaşdırılır
Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgender idmançıların Olimpiya oyunlarında qadın yarışlarında iştirakını qadağan etməyə hazırlaşır.

Bu barədə "The Times" mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bununla bağlı yekun qərar BOK-un 2026-cı ilin əvvəlində baş tutacaq toplantısında açıqlanacaq.

Xəbərdə bildirilir ki, kişilərin qadınlardan fiziki üstünlüyü ilə bağlı hərtərəfli elmi sübutlar əldə edildikdən sonra müvafiq qərar qəbul ediləcək.

BOK transgender idmançıların iştirakı ilə bağlı qadın idmanının üzləşdiyi problemlərə dair elmi icmalın ilkin nəticələrini təqdim edib. Təqdimat zamanı ortaya çıxan nəticələrdən sonra təqdim olunan sübutlar maraqla qarşılanıb.

Hazırda BOK-un qaydalarına əsasən, qadınların yarışlarında transgenderlər iştirak edə bilərlər.

Son xəbərlər