Mojo.az Banner
18:18 Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu  |     18:04 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı  |     18:01 XİN Qara dənizdə yük gəmisinin dron hücumlarına məruz qalması ilə bağlı məlumat yaydı  |     17:52 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi  |     17:51 Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"  |     17:42 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər  |     17:40 Bakı, Sumqayıt və Abşeronda pensiyaların ödəniləcəyi vaxt açıqlandı  |     17:14 Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB  |     15:57 Bu atları saxlayanlara 1000 manat veriləcək  |     15:57 Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı  |     15:56 Ölmüş heyvanların utilizasiyası üçün müəssisələr yaradılacaq  |     15:55 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     15:54 Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi  |     15:52 Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi  |     15:51 "Səfərbərlik ehtiyatlarının nomenklaturası" təsdiq edildi  |     15:48 Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir  |     15:46 Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi  |     13:40 Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama  |     13:39 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı  |     13:35 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi  |    
Left Banner
Right Banner

Şatdaun ABŞ-nin Avropadakı hərbi bazalarına təsir edib

11.11.2025 13:17 756
Şatdaun ABŞ-nin Avropadakı hərbi bazalarına təsir edib
ABŞ hökumətində şatdaun səbəbindən ölkənin Avropanın bəzi ölkələrində yerləşən hərbi bazalarının əməkdaşları maaş almırlar, eyni zamanda bir sıra dövlətlər Vaşinqtonun sonradan bunu kompensasiya edəcəyi ümidi ilə onların saxlanılmasını öz üzərlərinə götürüb.

Bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, bəzi Avropa ölkələrində, məsələn İtaliya və Portuqaliyada, hərbçilər ödənişsiz işləməyə davam edirlər.

Almaniya, Polşa, Litva və Qrenlandiya hakimiyyəti ABŞ hərbi bazalarının əməkdaşlarının saxlanma xərclərini öz üzərinə götürüb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ konqresinin senatında demokratlar qrupu respublikaçılarla birlikdə federal hökumətin işini bərpa etmək üçün nəzərdə tutulmuş qanun layihələri paketinin hazırlanmasının lehinə səs verməyə hazırdır.

Xatırladaq ki, ABŞ-də oktyabrın 1-də başlayan şatdaun hələ də davam edir. 14 cəhdə baxmayaraq, Senat dövlət qurumlarının müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiq edə bilməyib ki, bu da şatdauna səbəb olub.

Noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp şatdaun şəraitində Ərzaq Yardımı Proqramına vəsait ayırmaq üçün hüquqi imkanın olmadığını bəyan edib.скачать dle 11.3
Mojo.az Banner