Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi

10.09.2026 15:52 192
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
Azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədova ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Corc Vaşinqton Universitetində (George Washington University) prorektor (Associate Provost) vəzifəsinə təyin olunub.

Median.Az
"Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, yeni vəzifəsində Sevinc Məmmədova Corc Vaşinqton Universitetinin akademik və institusional inkişafı ilə bağlı istiqamətlər üzrə fəaliyyət göstərəcək.

S.Məmmədova yeni vəzifəsi ilə bağlı sosial media hesabında paylaşım edərək bu təyinatdan məmnunluğunu ifadə edib, yeni fəaliyyət mərhələsində ona dəstək olan hər kəsə təşəkkür edib.

O, bundan əvvəl Corc Vaşinqton Universitetində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərib və universitetlərarası əməkdaşlığın, beynəlxalq təhsil proqramlarının və akademik tərəfdaşlıqların inkişafına töhfə verib.

Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramının inkişafı olub. Proqram Azərbaycan və ABŞ arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müəllim hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələr üçün yeni akademik imkanların yaradılması baxımından əhəmiyyətli layihələrdən biridir.

Sevinc Məmmədovanın bu əməkdaşlığın inkişafında iştirakı Azərbaycan ali təhsilinin beynəlxalq tərəfdaşlıqlarının gücləndirilməsi və Azərbaycan universitetlərinin qlobal akademik şəbəkələrə inteqrasiyası baxımından da diqqət çəkir.скачать dle 11.3
Mojo.az Banner