Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

10.09.2026 17:14 495
Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB
Ötən ilin sentyabr ayında fəaliyyətini müvəqqəti dayandıran Bakı-Xırdalan-Sumqayıt dəmiryol marşrutu üzrə hərəkət edən sərnişin qatarının yenidən bərpa ediləcəyi tarix hələlik məlum deyil.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəmir yolunda aparılan təmir işlərinə görə adıçəkilən sərnişin qatarının fəaliyyətinin altı aydan sonra bərpa ediləcəyi barədə məlumat yaysa da, ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) inşa etdiyi tunelin tikintisinə görə yubandığını bildirdi.

Bir müddət əvvəl isə ADY artıq həmin ərazidə işlərin yekunlaşdığını və sərnişin qatarının yeni tədris ilinə qədər fəaliyyətini bərpa edəcəyini bildirib. Rəsmi məlumatda bildirilirdi ki, sentyabrın 15-dək Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarı xəttə buraxılacaq və fəaliyyəti əvvəlki qrafiklə davam edəcək.

Artıq yeni tədris ilinə bir neçə gün qalıb. Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı fəaliyyətini hansı tarixdə bərpa edəcək?

Məsələ ilə bağlı ADY-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ilinə qədər Xırdalan-Sumqayıt xəttinin bərpası planlaşdırılsa da, Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına zərurət yarandığına görə bu proses bir qədər yubandı:

"Görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir.

Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində də müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.

Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.

Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək".скачать dle 11.3
Mojo.az Banner