Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb |
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir

10.09.2026 15:48 561
Tanınmış ginekoloq: Elə qadın var ki, hamilə olduğunu doğuş zamanı bilir
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları, yəni qolları olmayan körpənin dünyaya gəlməsi cəmiyyətdə ciddi suallar yaradıb. Məlumata görə, körpənin anası da doğuşdan sonra rəsmi şəkildə övladından imtina edib. Belə hallar zamanı ilk növbədə hamiləlik dövründə tibbi nəzarətin, müayinələrin və dölün inkişafının vaxtında qiymətləndirilməsinin əhəmiyyəti gündəmə gəlir.

Bəs hamilə qadının mütəmadi olaraq ginekoloqa müraciət etməməsi hansı risklər yarada bilər və dölün inkişafında ciddi problemlər əvvəlcədən müəyyən edilə bilərmi?

Məsələ ilə bağlı Median.Az-ın sualını cavablandıran tanınmış ginekoloq Rəşad Sultan bildirib ki, hamiləlik dövründə qadınları müayinə edərkən iki əsas məqsəd var:

“Birinci 9 ayın sonunda, yəni hamiləliyin tamamlanmasından və doğuşdan sonra ananın sağlamlığını təmin etməkdir. İkinci məqsədimiz isə sağlam uşağın dünyaya gəlməsinə nail olmaqdır. Yəni əsas hədəfimiz sağlam ana və sağlam uşaqdır. Biz bu iki orqanizmin sağlamlığının qorunmasına görə məsuliyyət daşıyırıq və apardığımız müayinələrin məqsədi də məhz budur. Bu məqsədlə hamiləlik dövründə və doğuşdan sonra yeni doğulmuşlarda müxtəlif problemlərin olub-olmadığına diqqət yetirilir. Vaxtından əvvəl doğuş, qan dövranı pozuntuları, inkişaf geriliyi və digər məsələlər nəzarətdə saxlanılır. Digər əsas istiqamət isə dölün anadangəlmə qüsurlarının vaxtında aşkar edilməsi və buna uyğun tədbirlərin görülməsidir. Yəni bəzi problemlər doğuşdan sonra müalicə oluna bilər, bəzi hallarda ana bətnində müdaxilə tələb olunur. Elə qüsurlar da var ki, onların müalicəsi mümkün olmur. Belə hallarda ailəyə məlumat verilir və tibbi göstərişlərə uyğun olaraq hamiləliyin sonlandırılması məsələsi müzakirə olunur. Bu qüsurların vaxtında aşkar edilməsi də mama-ginekoloqların və bu istiqamətdə çalışan mütəxəssislərin əsas vəzifələrindən biridir. Bu məqsədlə hamiləliyin müəyyən həftələrində xüsusi müayinələr aparılır. Məsələn, 11-14-cü həftələr arasında birinci trimestr skrininqi, yəni hamiləliyin ilk üç ayında ilkin skrininq müayinəsi həyata keçirilir. Daha sonra 18-20-ci həftələrdə dölün anatomik strukturlarının, sadə dillə desək, başdan ayağa qədər bütün orqan və üzvlərinin ultrasəs müayinəsi aparılır. Xalq arasında buna bəzən "Doppler müayinəsi" də deyilir”.

Həkim qeyd edib ki, bu müayinə zamanı uşağın əlinin, qolunun, barmaqlarının, beyninin, ürəyinin, böyrəklərinin, bağırsaqlarının və digər orqanlarının vəziyyətinə baxılır:

“Bu müayinələri mama-ginekoloqlar və bu məqsədlə ixtisaslaşmış ultrasəs mütəxəssisləri həyata keçirirlər. Elə qüsurlar var ki, onların aşkar edilməsi çətin ola bilər və belə hallarda qüsurun vaxtında müəyyən edilməməsi mütləq həkim xətası kimi qiymətləndirilmir. Lakin elə qüsurlar da var ki, onları ultrasəs müayinəsində görməmək, demək olar ki, mümkün deyil. Məsələn, əl və ya ayağın tamamilə olmaması, yaxud ətrafların ciddi dərəcədə qısalığı kimi qüsurlar ultrasəs müayinəsində aşkar edilə bilər. Ətrafların qısalığı elmi dildə fokomeliya, tamamilə olmaması isə ameliya adlanır. Bu cür qüsurların ultrasəs müayinəsində görünməməsi çox çətindir. Ona görə də belə qüsurla uşağın doğulduğunu eşidəndə avtomatik olaraq düşünürük ki, yəqin həmin qadın ümumiyyətlə həkimə müraciət etməyib və hamiləlik boyu ultrasəs müayinəsindən keçməyib. Siz doğru olaraq ikinci sualı da qoydunuz ki, bəlkə qadının ümumiyyətlə hamilə olduğundan xəbəri olmayıb və belə halda hamiləliyi hansı müddətdə müəyyən etmək mümkündür? Bu, bir qədər sosial-psixoloji məsələdir. Hamiləliyin müəyyən əlamətləri olur. Aybaşının gecikməsi, ürəkbulanma, qusma və digər əlamətlər qadında hamiləliklə bağlı şübhə yarada bilər. Bəzi səhlənkar qadınlar isə təəssüf ki, ümumiyyətlə həkimə müraciət etmirlər. Hamiləliyin 20-ci həftəsindən sonra, yəni ikinci yarısından etibarən qarın böyüməyə başlayır və dölün hərəkətləri hiss olunur. Düzdür, mən doğuş zamanı hamilə olduğunu öyrənən qadın da görmüşəm. Yəni belə hallarla da rastlaşmışıq. Amma yenə də heç bir həkimə müraciət etməyən hamilə qadınlara arada rast gəlirik. Təəssüf ki, belə hallar var. Bir daha buradan çıxış edərək vurğulamaq istəyirəm ki, hamiləlik dövründə müəyyən həftələrdə ultrasəs müayinəsindən keçmək çox vacibdir. Xüsusilə döldə anadangəlmə qüsurların vaxtında aşkar edilməsi baxımından 11-14-cü həftələrdə və 18-20-ci həftələr arasında ultrasəs müayinəsinin aparılması mühüm əhəmiyyət daşıyır”.

Aysel

Son xəbərlər