Mojo.az Banner
15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama

10.09.2026 13:40 504
Ananın körpəsindən imtina etməsi ilə bağlı rəsmi açıqlama
"27 iyun 2026-cı il tarixində saat 00:40-də 1985-ci il təvəllüdlü hamilə qadın təcili tibbi yardım briqadası tərəfindən tibb müəssisəsinə hospitalizasiya olunub. Hamiləliyin 36-cı həftəsində olan pasiyentə "doğuşun I dövrü" və "dölyanı mayenin vaxtından əvvəl axması" diaqnozları təyin edilib və ona zəruri tibbi xidmətlər göstərilib".

Bu barədə Sabunçu Tibb Mərkəzindən bildirilib.

Qeyd edilib ki, pasiyent üzərində qeysəriyyə əməliyyatı icra olunub. Əməliyyat nəticəsində oğlan uşağı dünyaya gəlib. Körpənin boyu 47 sm, çəkisi isə 2 kq 600 qram olub. Uşaq çoxsaylı inkişaf qüsurları ilə doğulub.

Mərkəzdən qeyd edilib ki, zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra - iyunun 30-da yazılı iltizamnamə yazaraq övladından imtina edib və tibb müəssisəsini tərk edib.

"Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub.

Azyaşlı sentyabrın 10-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib", - deyə açıqlamada bildirilib.скачать dle 11.3
Mojo.az Banner