Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda "motosiklet dələduzluğu" - İcarəyə götürdü, sonra satdı

07.11.2025 20:28 648
Sumqayıtda
Sumqayıtda icarəyə götürdüyü motosikleti satmaqla dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Raul Rzayev (ad və soyad şərtidir) qardaşının tanışı Elxan Eminova (ad və soyad şərtidir) məxsus "Tufan” markalı motosikleti icarəyə götürmək adı ilə ondan alıb. Daha sonra isə onu 800 manata satıb. Həmin pulu şəxsi ehtiyaclarına xərcləyib.

Bundan xəbər tutan qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Raul Rzayev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilib.

Cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Raul Rzayev məhkəmə zamanı verilmiş ittihamla özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə ona 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində tutulduğu 1 gün təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 8 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Son xəbərlər