Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabunçuda Hindistan vətəndaşlarını saxlayan pakistanlı tutuldu

05.11.2025 18:42 534
Sabunçuda Hindistan vətəndaşlarını saxlayan pakistanlı tutuldu
Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Muhammad barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, İrşad Muhammad azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib. O, Hindistanın "Surjit" adlı turizm şirkətinin müdiri Surcit Sinq ilə Bakıda tanış olub. Daha sonra tərəflər razılığa gələrək işbirliyinə başlayıblar. Razılaşmaya əsasən, Surcit hər bir Hindistan vətəndaşından 1 000 ABŞ dolları almaqla onları Bakıya işləməyə göndərəcək, Bakıda isə həmin şəxslər Beynəlxalq Dəniz Limanında aylıq 800 dollar maaşla işlə təmin ediləcəklər.

Bakıya gəldikdən sonra 31 hindistanlı İrşad Muhammadın Sabunçu rayonunda kirayələdiyi evdə bir aydan artıq qalıb. Təqsirləndirilən şəxs onların hər birindən əlavə olaraq 2 500 dollar alıb. Sabunçuda gizli yaşayan hindistanlılar ərazidəki sakinlərin şikayəti əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar ediliblər.

Məhkəmədə İrşad Muhammad elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Hindistan və Pakistan arasında gərgin münasibətlərə istinad edərək, hindistanlıların ondan qisas almaq məqsədilə istintaqa yalan ifadələr verdiklərini iddia edib.

Aparılan araşdırma nəticəsində İrşad Muhammadın həqiqətən də Surcit Sinq ilə cinayət əlaqəsinə girərək, 31 Hindistan vətəndaşının ölkədə qalma müddəti bitdikdən sonra onların qanunsuz şəkildə Azərbaycanda qalmasını təmin etdiyi və təkrarən qanunsuz miqrasiyanı təşkil etdiyi sübuta yetirilib.

Məhkəmənin hökmü ilə İrşad Muhammad 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər