Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Greencard" udub ABŞ-a köçdü – Bakıya 41 min manalıq siqaret gətirdiyi üçün saxlanıldı

04.08.2025 22:32 729
"Greencard" udub ABŞ-a köçdü - Bakıya 41 min manatlıq siqaret gətirdiyi üçün saxlanıldı

"Greencard" lotereyasında qalib gələrək ABŞ-a köçən azərbaycanlı doğum gününü qeyd etmək məqsədilə Bakıya gələn zaman 41 min manat dəyərində siqaret gətirdiyi üçün saxlanılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, D.B. barəsində Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə açılmış cinayət işi məhkəmədə araşdırılıb.

Məlumata əsasən, D.B. 2023-cü ildə "Greencard" lotereyasında qalib gələrək 2024-cü ilin martında ABŞ-a köçüb və orada yaşamağa başlayıb. Bu il doğum gününü Bakıda qeyd etmək məqsədilə təyyarə ilə Azərbaycana qayıdıb. O, özü ilə birlikdə 1382 qutu, ümumilikdə 41.460 manat dəyərində siqaret də gətirib. Siqaretlər ABŞ-da yaşadığı ərazidən alınıb və iki ədəd çemodana yerləşdirilib.

D.B. Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb, barəsində cinayət işi açılıb və 1382 qutu siqaret müsadirə olunub.

İfadəsində D.B siqaretlərin ABŞ-da xeyli ucuz olduğunu və bu səbəbdən onları Bakıya gətirməklə maddi cəhətdən qazanclı çıxacağını düşündüyünü bildirib. O, törətdiyi əməldən peşman olduğunu da qeyd edib.

Məhkəmənin hökmü ilə D.B. tütün məmulatlarının satışı ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, bu cəza 2 il 6 ay sınaq müddəti ilə şərti hesab edilib.

Son xəbərlər