Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Prokuror sağlamlıq mərkəzinin külli miqdarda pulunu mənimsəyən şəxsə ağır cəza istədi

05.11.2025 15:51 546
Prokuror sağlamlıq mərkəzinin külli miqdarda pulunu mənimsəyən şəxsə ağır cəza istədi
Daxili İşlər Nazirliyinin "Xəzri" istirahət və sağlamlıq mərkəzinə məxsus 379 min manatdan artıq pul vəsaitini post terminallar vasitəsilə ələ keçirib leqallaşdırmaqda təqsirləndirilən Mahir Saadovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Mahir Saadovun 4 il müəyyən vəzifə tutmaq hüququndan məhrum olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilməsini və dəymiş zərərin ondan tutularaq müvafiq quruma ödənilməsini məhkəməyə təklif edib.

Zərərçəkən qurumun nümayəndəsi dövlət ittihamçısının çıxışı ilə tam razı olduğunu bildirib.

Təqsirləndirilən şəxsin vəkili çıxışında Mahir Saadovun cinayət işində məcəllənin 271.3-cü və 193-1.3.2-ci maddələri sübuta yetirilmədiyi üçün xitam verilməsini, digər maddənin isə tövsif olunaraq ona yüngül cəzanın verilməsini xahiş edib.

Təqsirləndirilən şəxsə son söz üçün vaxt verilib. Növbəti proses noyabrın 19-na təyin edilib.

Qeyd edək ki, Mahir Saadov Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq mərkəzinin külli miqdarda pulunu talamaqda ittiham olunur. İttihama görə, o, həmin müəssisəyə qeydiyyatdan keçən şəxslərin post terminallardan etdiyi ödənişləri "geri qaytar" düyməsini basaraq geri alıb. O, tamah məqsədilə, müvafiq qurumun icazəsi olmadan, ümumilikdə 76 bank kartı vasitəsilə 379 min manatdan artıq vəsaiti ələ keçirib və leqallaşdırıb.

Mahir Saadova Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 271.3-cü (kompüter sisteminə qanunsuz daxilolma - ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
//oxu.az

Son xəbərlər