Mojo.az Banner
12:06 Azərbaycanda zəlzələ oldu  |     11:54 Gəncədə avtomobil təmiri sexində meyit tapılıb  |     11:42 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     11:35 Qızmar istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:01 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA  |     22:55 Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı  |     22:43 Bu avtobus marşrutları müsabiqəyə çıxarılır  |     22:38 Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza  |     22:23 65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...  |     22:17 Sosial müavinət və təqaüdlər bu tarixdə ödəniləcək  |     22:09 Ağcaqanadlardan qorunmağın yeni ÜSULU tapılıb  |     22:02 Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı  |     21:55 Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı  |     21:46 "Google" 1 milyard dollara yaxın cərimə edildi  |     21:41 Pandemiya kimi hazırlaşın - ÜST-dən xəbərdarlıq  |     21:34 "Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi  |     21:29 “Brent” yenidən bahalaşdı  |     21:21 İkinci kurs tələbəsi dünyasını dəyişdi  |     21:16 Daha bir Türkiyə gəmisi vuruldu - Ölən və yaralılar var  |     21:09 Bu ölkədə vəba xəstəliyi yayılır - Ölənlərin sayı isə...  |    
Left Banner
Right Banner

Agentlik tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara AYDINLIQ GƏTİRDİ

05.11.2025 12:26 753
Agentlik tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara AYDINLIQ GƏTİRDİ
Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesinə dair məlumat yayılıb. Həmin paylaşımlarda tələbələrin köçürülməsi prosesinə 1 fevral tarixindən etibarən başlanıldığı iddia olunur.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) məlumat yayıb.

Bildirilib ki, yayılan bu məlumat həqiqətə uyğun deyil və rəsmi mənbələrdə yerləşdirilməyib, görüntülərdəki "elan" saxtalaşdırılıb.

"Mövcud qaydalara əsasən, tələbələrin köçürülməsi prosesi yalnız yay tətili dövründə həyata keçirilir. Bu barədə məlumatlar hər il müvafiq dövrdə Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində dərc olunur.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdə yayımlanan məlumatlara istinad etsinlər və saxta paylaşımları yaymaqdan çəkinsinlər", - məlumatda qeyd edilib.

Qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz: https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi


скачать dle 11.3
Mojo.az Banner