Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Azərbaycanla sülh haqqında: "Münaqişə bitib, amma beyinlərdə hələ qurtarmayıb"

04.11.2025 12:46 900
Paşinyan Azərbaycanla sülh haqqında:
"Siyasi mənada Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb, lakin sosial-psixoloji ölçüdə davam edir".

Median.Az
-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu barədə hökumət başçısı Nikol Paşinyan illik "Orbeli: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Paşinyanın sözlərinə görə, iki ölkə arasında artıq sülh qurulub, lakin əsas çətinlik indi diplomatiyada deyil, yeni reallığı dərk etməkdədir.

"Mən sülh haqqında danışanda bu, çoxuna qəribə və hətta yad görünür. Sülh - Ermənistan və Azərbaycan üçün tanış olmayan anlayış və yeni mühitdir", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, münaqişənin davam etdiyi onilliklər ərzində hər iki tərəf bir-birini yalnız qarşıdurma prizmasından qəbul etməyə öyrəşib. SSRİ-nin dağılmasından sonra məhz münaqişə hər iki ölkənin siyasi sistemlərinin, ictimai əhvali-ruhiyyəsinin və milli kimliyinin formalaşdığı amil olub.

"Müstəqillik əldə etdikdən sonra bizim cəmiyyətlər sülhün nə olduğunu bilmirdilər. Münaqişə bizim düşüncəmizi, siyasətimizi və xalqlar arasındakı münasibətləri müəyyən edirdi", - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, buna görə də münaqişənin siyasi mənada başa çatması ictimai şüurun dərhal dəyişməsi demək deyil. Uzun illər davam edən düşmənçiliyin aradan qaldırılması vaxt, dialoq və qonşuluğun qəbuluna yeni yanaşmalar tələb edir.

"Sosial-psixoloji qavrayışı bir qərarla dəyişmək və ya "söndürmək" olmaz", - deyə Paşinyan vurğulayıb.

Son xəbərlər