Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu | 21:40 Culfada avtomobil 72 yaşlı qadını vurdu | 21:37 Azərbaycanda daha bir həkim vəfat etdi | 21:26 Göygöldə evdən meyit tapıldı | 21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar |
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda çörək sexinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub

04.11.2025 12:09 696
Yasamalda çörək sexinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub
Yasamal rayonu, İnşaatçılar prospektində fəaliyyət göstərən, fiziki şəxs Mirzəağa Calal oğlu Cabbarova məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin, emal zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi masaların, qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, temperatura, rütubətə nəzarət cihazının və havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Son xəbərlər