Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlandı

29.08.2024 13:34 1 134
Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlandı
Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Əfşan Fazil oğluna məxsus çiy dönər emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Median.Az
AQTA-ya istinadən xəbər verir ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal prosesinin və ləvazimatların yuyulmasının eyni sahədə həyata keçirildiyi, xammalların saxlanması üçün sahələrin ayrılmadığı, müəssisənin giriş qapısının birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təşkil edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə çiy dönər istehsalı və qida məhsullarının emalı üzrə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.

Son xəbərlər