Mojo.az Banner
18:40 Trampın İranla danışıqların bərpası üçün şərti açıqlandı  |     18:34 Səhərlər zəngli saata ehtiyac qalmayacaq: Bədəni buna öyrədin  |     18:32 Almaniyada məktəbə hücum: Ölənlər var  |     18:13 Bərdədə avtomobil yaşayış evinə çırpıldı: Xəsarət alanlar var  |     18:03 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur - FOTO  |     17:55 44 yaşlı Dima Bilan baba oldu  |     17:46 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO  |     17:42 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar  |     17:36 Qətər və İran arasında Hörmüz boğazı ilə bağlı müzakirələr  |     17:17 Bakıda 42 yaşlı qadın həyətdə qəfil öldü  |     17:16 İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi  |     17:05 Sabah Ay tutulacaq  |     16:55 Paşinyan: "Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər"  |     16:39 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜLƏRİ (Video)  |     16:28 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi  |     16:26 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU  |     16:17 Sabirabadın 10 kəndində qaz kəsiləcək  |     16:09 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi  |     15:59 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı TƏXRİBATI PİSLƏDİ  |     15:49 Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM  |    
Left Banner
Right Banner

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib

30.10.2025 11:21 486
BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib
Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.

Bir barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə deyilib.

Bildirilib ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir.

"Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin”, - məlumatda deyilir.

Həmçinin bildirilib ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə risklər yaradır. Yağışlı havada sürücülərin görmə imkanlarının məhdudlaşdığını nəzərə alaraq, piyadalar səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli, açıq rəngli və asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığından əmin olmaq son dərəcə vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını təhlükəsizliyə məsuliyyətlə yanaşmağa, yollarda diqqətli və ehtiyatlı olmağa çağırıb.
скачать dle 11.3
Mojo.az Banner