Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?

29.10.2025 22:27 501
DGK-nın yarım milyon manatlıq avadanlıq aldığı şirkət kimindir?
Dövlət Gömrük Komitəsi (DGK) "Araznet” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət DGK-nin elektrik avadanlıqlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 507 651,34 manat təşkil edir.

DGK bu məbləğə 2 ədəd elektrik generatoru, 1 ədəd 100 kva-lıq elektrik enerjisi tənzimləyicisi, 1 ədəd isə 30 kva-lıq elektrik enerjisi tənzimləyicisi almağı planlaşdırır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Araznet” MMC 4 iyun 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov prospekti, ev 43-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əsədov Mahir Əşrəf oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsiçisi haqqında heç bir məlumat yoxdur. Şirkətin əlaqə nömrələrinə və internet səhifəsinə də rast gəlinmir.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, şirkət indiyədək yalnız bir tenderin, hazırda haqqında bəhs etdiyimiz müsabiqənin qalibi seçilib.

DGK-nın adına heç yerdə rast gəlinməyən 1 ildən artıqdır yaradılan şirkətə birdən-birə yarım milyon manatlıq sifariş verməsi satınalma müsabiqəsinin şəffaflığını şübhə altına alır.скачать dle 11.3
Mojo.az Banner