Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Meksika ABŞ səfirini çağırdı - SƏBƏB

29.10.2025 13:44 828
Meksika ABŞ səfirini çağırdı - SƏBƏB
ABŞ-nin Meksikadakı səfiri Ronald Conson Meksika Xarici İşlər Katibliyi və Dəniz Donanması Katibliyinə görüşə çağırılıb.

Bu barədə ölkənin xarici siyasət idarəsinin "X" hesabında məlumat verilib.

Mexiko tərəfindən görüşdə xarici işlər kansleri Xuan Ramon de la Fuente və dəniz donanmasının katibi, admiral Raymundo Pedro Morales Anxeles iştirak edib. Söhbət prezident Klaudiya Şeynbaumun göstərişi ilə keçirilib.

"Dostluq mühitində tərəflər dənizdə insan həyatının xilas edilməsinin, həmçinin milli suverenliyə tam hörmət göstərilməsinin əsas prioritet olduğu barədə razılığa gəliblər və tarixən iki ölkə arasındakı münasibətləri xarakterizə edən qarşılıqlı anlaşma və əməkdaşlığa sadiqliklərini təsdiqləyiblər", - deyə məlumatda bildirilib.

Görüş ABŞ tərəfindən narkotik daşıyan gəmilərə qarşı həyata keçirilən hücumlar fonunda keçirilib. Bu cür əməliyyatlar sentyabr ayından davam edir. Oktyabrın 28-də Pentaqon rəhbəri Pit Heqset narkotik daşıyan dörd qayığa zərbələr nəticəsində 14 narkoterroristin həlak olduğunu, birinin sağ qaldığını bildirib.

Narkoterroristlərə qarşı hücumların hədəfləri əsasən Venesuela ilə əlaqəli gəmilər və qayıqlardır. Keçən həftə Donald Tramp xəbərdarlıq edib ki, ABŞ gəmilərə hücumlardan sonra Venesueladan ölkəyə narkotik axınını dayandırmaq üçün quru hücumlarına keçəcək.скачать dle 11.3
Mojo.az Banner