Mojo.az Banner
18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |     15:58 Bakının milyonçu qardaşlarının sərvətləri özlərinə qaldı: Gözlənilməz hökm  |     14:10 Neftimiz kəskin ucuzlaşıb  |     14:01 Sumqayıtda gecələr qaz niyə gur gəlir? – Mütəxəssisdən ciddi xəbərdarlıq  |     13:48 Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı  |     13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub - FOTO

28.10.2025 13:33 1 017
İlham Əliyev Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Taşobası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan "Taşobası" MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur.

Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb.






скачать dle 11.3
Mojo.az Banner