Mojo.az Banner
11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |     11:11 İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı  |     11:10 Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi  |     11:08 Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İddia  |     10:58 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir  |     10:56 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video

25.10.2025 22:08 648
Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video
Naxçıvan şəhəri Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, buna səbəb Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratmasıdır.

Belə ki:

- yanacaqdoldurma məntəqəsində taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- elektrik naqilləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

- yanğın su hovuzu standartlara uyğun deyil;

- yanğınxəbərverici siqnalizasiya sistemi layihə sənədlərinə uyğun quraşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.скачать dle 11.3
Mojo.az Banner