Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:13 Bakıda məşhur xəstəxana bağlanır | 22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb |
Mojo.az Avto
Mojo.az Avto

Dərmanların təsiredici maddələrinin adlarının xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqlənib

23.10.2025 15:46 894
Dərmanların təsiredici maddələrinin adlarının xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqlənib
Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Meyarlara gəlincə, aşağıdakı meyarlardan hər birinə cavab verən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) xidmətlər zərfinə daxil ediləcək:

- rəsmi statistik göstəricilərə əsasən son 5 il müddətində əhalinin ölüm və (və ya) əlillik faizi yüksək olan və (və ya) sayında davamlı artım müşahidə olunan xəstəliklərin və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlərin farmakoterapevtik müalicəsində və ya xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata keçirilməsində istifadə olunması;

- farmakoterapevtik müalicənin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 il müddətində həmin farmakoterapevtik müalicəyə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;

- farmakoterapevtik müalicənin sübutlu təbabət prinsiplərinə uyğunluğu;

- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə sığorta təminatında olması;

- klinik protokollarda mövcudluğu;

- effektiv və təhlükəsiz olması.

Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:

- yeni və səmərəli farmakoterapevtik müalicə üsullarının tətbiqi;

- Azərbaycanda tətbiqinin qadağan edilməsi;

- bu Sənədin 2.1-ci bəndi ilə müəyyən edilən meyarlardan ən azı biri ilə uyğunsuzluğu.

Aşağıdakı meyarlardan hər birinə cavab verən tibb vasitələri xidmətlər zərfinə daxil ediləcək:

- xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata keçirilməsində istifadə olunması;

- tibb vasitəsinin sübutlu təbabət prinsiplərinə uyğunluğu;

- tibb vasitəsini.

Tibb vasitələrinin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:

- yeni və səmərəli tibb vasitəsinin tətbiqi;

- tibb vasitəsinin Azərbaycanda tətbiqinin qadağan edilməsi;

- tibb vasitəsinin bu Sənədin 2.3-cü bəndi ilə müəyyən edilən meyarlardan ən azı biri ilə uyğunsuzluğu.

Son xəbərlər