Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Emin Ağalarov Moskva vilayətindəki energetik içkilər istehsalı biznesindən çıxdı

23.10.2025 14:24 1 341
Emin Ağalarov Moskva vilayətindəki energetik içkilər istehsalı biznesindən çıxdı
Emin Ağalarov və onun tərəfdaşları alkoqolsuz içkilər istehsal edən "Uni Pak" MMC-nin kapitalından çıxıblar. Oktyabrın 13-dən etibarən eyniadlı MMC-nin sahibi Yeqor Kulikovdur.

Bu barədə "Vedomosti" portalı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə (HŞVDR) istinadla yazıb.

Ağalarovun nümayəndəsi nəşrə bildirib ki, bu sövdələşmə ilə bağlı danışıqlar çoxdan aparılır. Onun sözlərinə görə, Ağalarov bu aktivi əsas fəaliyyət sahəsinə uyğun olmadığı üçün satmaq qərarına gəlib.

İnvestisiya bankiri İlya Şumov şirkətin 100% payını 500-700 milyon rubl civarında dəyərləndirib.

Emin Ağalarov 2022-ci ilin mayında "Spaso-Borodinskiye vodı" zavodu ünvanında alkoqolsuz içkilər istehsalı üzrə "Uni Pak" MMC-ni təsis edib. Həmin ilin oktyabrında Azərbaycan vətəndaşları Xəyal Abbaszadə, Fuad Əliyev və Nail Ağayev "Uni Pak"ın 25% səhmini əldə ediblər.

2023-cü ilin mayında "Uni Pak" Azərbaycanda energetik içkilərin istehsal edildiyi "Berg" əmtəə nişanının qeydiyyatı üçün müraciət edib.скачать dle 11.3
Mojo.az Banner