Mojo.az Banner
22:40 Svetoforun saniyəölçəninə aldanan sürücülər cərimələnir - XƏBƏRDARLIQ  |     22:35 Bu şəxslərə quru sərhədlərindən keçərək xaricə getməyə icazə verilə bilər  |     22:28 Energetik içkilər uşaq və yeniyetmələr üçün təhlükədir - Mütəxəssislərdən XƏBƏRDARLIQ  |     22:23 ADY daha bir regionlararası dəmir yolu marşrutunu istifadəyə verəcək - VİDEO  |     22:18 Gəncədə 59 yaşlı qadını avtomobil vurdu  |     22:11 Kənd toyuğu, yoxsa broyler toyuğu yeyək? - Qida eksperti SİRLƏRİ AÇDI  |     22:02 Suriya qoşunları Hələbdə üsyançılarla atəşkəsə nail olublar  |     21:57 Ela Rümeysa Cebeci yeni ifadə verdi: "Satıcı yox, istifadəçi idim"  |     21:48 Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisini ziyarət edib (FOTO)  |     21:45 Putinin qohumunun da olduğu yaxta aşıb: ÖLƏN VAR  |     21:26 Mnatsakanyan Bakıda son söz dedi  |     21:16 Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı  |     21:01 Ukrayna qüvvələri bu şəhərdən geri çəkildi  |     20:46 Axtarışda olanlardan biri “Araz-Naxçıvan”ın prezidentidir  |     20:41 Türkiyədə minimum əməkhaqqı 27 faiz artırıldı  |     20:07 “Ata Abdullayev amnistiyaya düşmür” - Vəkilindən açıqlama  |     19:58 Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir səsləndirdi - Video  |     19:48 Yüksəkvəzifəli şəxslərin idmançı qohumu yenidən məhkəmə qarşısında  |     19:43 308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur  |     19:30 Azərbaycanda asbestin istifadəsi qadağan edilir  |    
Left Banner
Right Banner

Məhkəmə Ruben Vardanyanın vəkildən imtinası barədə vəsatətini təmin edib

21.10.2025 16:02 276
Məhkəmə Ruben Vardanyanın vəkildən imtinası barədə vəsatətini təmin edib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 21-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək müdafiəçisi Avraam Berman ilə konfidensial görüşmək istədiyini deyib.

Məhkəmə vəsatəti təmin edib və prosesdə qısa fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək müdafiəçisi Avraam Bermandan imtina etdiyini deyib.

Təqsirləndirilən şəxs vəsatətini əsaslandıran zaman əvvəlki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri təkrar edərək bildirib ki, ümumilikdə məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina edir.

Müdafiəçi Avraam Berman vəsatəti təmin edib-etməməyi məhkəmənin mülahizəsinə buraxdığını qeyd edib.

Vəsatətə münasibət bildirən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev deyib ki, təqsirləndirilən şəxs müdafiəçisindən hansı səbəbdən imtina etdiyini bildirməyib, buna baxmayaraq, onun müdafiəçisindən imtina etmək hüququ var. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə görə, ümumiyyətlə müdafiəçidən imtina edə bilməz. Hazırkı vəziyyətdə Ruben Vardanyan müdafiəçisi Avraam Bermandan imtina edirsə, o, başqa bir vəkillə müqavilə bağlamalı, yaxud buna vəsaiti yoxdursa, dövlət tərəfindən hüquqlarını müdafiə edən başqa bir vəkil təyin olunmalıdır.

Ruben Vardanyan digər bir vəkillə müqaviləsinin olmadığını bildirib və qeyd edib ki, dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər, buna dair hər hansı etirazı yoxdur.

Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra yerində müşavirə edərək qərar qəbul edib.

Qərara əsasən, Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinası qəbul olunub.

Təqsirləndirilən şəxsin dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün qəbul edilən qərar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilib.

Məhkəmə prosesi təxirə salınıb. Növbəti iclas isə oktyabrın 28-nə təyin olunub.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Oxu.Az xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.скачать dle 11.3