Mojo.az Banner
17:18 Dövlət Gömrük Komitəsində iki rəis təyinatı olub  |     17:07 Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısı DƏYİŞDİRİLDİ  |     16:50 Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək - RƏSMİ  |     16:11 DİQQƏT - Uşaqlara bu adların qoyulması qadağan edilir  |     16:10 Yer kürəsində geomaqnit pozuntuları proqnozlaşdırılır  |     16:09 Nikol Paşinyan: "Ermənistan Avropa İttifaqını şantaj etmək niyyətində deyil"  |     16:04 Azərbaycan çempionatında hakimləri təhdid edən menecer ağır cəza aldı  |     15:49 Yanvar-mart aylarında 11.5 min şəxsə əlillik təyin olunub  |     15:38 Bakıda toy vaxtı gözlənilməz hadisə: Şadlıq evinin tavanı deşildi - Video  |     15:30 Türkiyədə daha bir məktəbə silahlı hücum: Ölənlər və xəsarət alanlar var  |     15:27 Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubandı? - RƏSMİ AÇIQLAMA  |     14:27 İTV-yə yeni baş direktor nə vaxt seçiləcək?  |     14:01 Prezident Kitabxanasında "Zərifə Əliyeva" adlı çoxdilli virtual kitab sərgisi hazırlanıb  |     13:19 Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI - VİDEO  |     13:01 Nüfuz alverində ittiham olunan polkovnikə HÖKM OXUNDU  |     12:55 FHN-in Akademiyasında təhsil almaq istəyənlərin nəzərinə - Qəbul müddəti uzadıldı  |     12:43 AAYDA-da iki vəzifəli şəxs işdən çıxarıldı  |     12:42 Hacı Əliyevə YÜKSƏK RÜTBƏ verildi  |     12:41 Azərbaycanda narkotikə görə 13 əcnəbi həbs edilib  |     12:36 Üç ayda 76 milyon manatlıq narkotik MÜSADİRƏ EDİLİB  |    
Left Banner
Right Banner

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

05.08.2025 17:36 507
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 5-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Şəmistan Sadıxovun hüquqi varisi - atası Əbdülağa Sadıxov bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs Vüsal Məlikovun hüquqi varisi - atası Bəxtiyar Məlikov övladının Laçında Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Cavad Məhərrəmovun hüquqi varisi - atası Sadiq Məhərrəmov övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş Eltun Yunusovun hüquqi varisi - atası Cavanşir Yunusovun övladının Xocavənddə düşmən atəşi nəticəsində həlak olduğunu qeyd edib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Məmməd Qayıbov Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış mərminin partlaması nəticəsində xəsarət aldığını bildirib. Həmin vaxt Rahib Şıxıyev, Elmin Eyvazov və Şəhrət Qasımov da yaralanıblar.

Əli Heydərov ifadəsində Ağdamda düşmən tərəfindən atılmış mərminin yaxınlığına düşərək partlaması nəticəsində özünün və Sabutay Ağabağırovun yaralandığını vurğulayıb.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Fərid Aslanov Xocalıda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını diqqətə çatdırıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Camal Həmidov Laçında düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

Habil Qənbərov ifadəsində Xocavənd rayonunda minaatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, həmin vaxt yanında olan Murad Mustafayev də xəsarət alıb.

Afiq Süleymanov Ermənistanın mina terrorundan zərər çəkdiyini söyləyib. O, ifadəsində deyib ki, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlayışı nəticəsində xəsarət alıb.

Süleyman Qarayev ifadəsində Laçın rayonunda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Kənan Əhədov ifadəsində Ağdam rayonunda avtomobillə hərəkətdə olarkən mina partlaması nəticəsində xəsarət aldığını diqqətə çatdırıb. O deyib ki, hadisə nəticəsində onunla eyni avtomobildə olan Afər Hüseynov, Yusif Abdullayev, Rəşad Həziyev və Adəm Əliyev müxtəlif xəsarətlər alıblar.

Zərərçəkmiş Rəşad Həziyev özündən əvvəl ifadə vermiş K.Əhədovun dediklərini təsdiqləyərək, hadisə zamanı yaralandığını, avtomobilin yararsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb.

Şəhriyar Zərbəliyev Xocalıda düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib. O bildirib ki, həmin vaxt Emil Nəbiyev və Rövşən Əzimli də müxtəlif növ bədən xəsarətləri alıblar.

Sonra ifadə verən Abdulla Hacıyev Ağdərədə, Sadiq Həmidov Ağdamda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində xəsarət aldıqlarını qeyd ediblər.

Məhkəmənin növbəti iclası avqustun 12-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.скачать dle 11.3
Mojo.az Banner