Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - Video

21.10.2025 14:02 915
Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırıldı - Video
Sumqayıt şəhərində, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən "Azerbaijan Refinery Company" QSC-nin təkər emalı zavodun fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən "Azerbaijan Refinery Company" QSC-nin təkər emalı zavodunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, bunun insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyektdə yanğın su hovuzu və yanğın su hidrantları mövcud deyil, həmçinin daxili yanğın kranları quraşdırılmayıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;

- istehsalat və inzibati bina istilik və havalandırma (ventilyasiya) sistemləri ilə təmin edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam komplektləşdirilməyib;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib və siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən "Azerbaijan Refinery Company" QSC-nin təkər emalı zavodunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Son xəbərlər