Mojo.az Banner
17:50 Koloradoda hantavirusdan bir nəfər öldü  |     17:34 KİV: Bakı-Tbilisi dəmiryolu nəqliyyatı bərpa olunur - TARİX DƏ AÇIQLANDI  |     17:29 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlandı  |     17:25 Keniya Prezidenti Uilyam Ruto İlham Əliyevə təşəkkür etdi  |     17:22 Şavkat Mirziyoyev WUF13-də bir sıra təkliflərlə çıxış edib  |     17:19 Magistraturaya qəbul imtahanının ikinci cəhdi TƏKRAR KEÇİRİLƏCƏK - SƏBƏB  |     17:17 Masaj salonunu işlədənlərdən pul tələb edən şəxs hakim qarşısına çıxarılıb  |     17:14 Boşanmaların artması cəmiyyət üçün hansı riskləri yaradır?  |     14:41 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM  |     14:38 Kreditlərin birləşdirilməsi: rahatlıq, yoxsa əlavə xərc?  |     14:26 Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib  |     13:39 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə qədər heyvan tələf olub  |     13:30 “Maşın” şou yenidən başlayır - FOTO  |     13:24 Sumqayıtda 13 500 abonentin qazı kəsiləcək  |     13:21 Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb  |     13:15 Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA  |     13:13 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589%-ni təşkil edib - FAKTİKİ HAVA  |     12:17 Beş milyonluq qaçaqmalçılıqla bağlı saxlanılan vəzifəli şəxslər barədə YENİ QƏRAR  |     12:07 News.ru: Slovakiya və Azərbaycan qaz tədarükü üzrə 10 illik müqavilə imzalaya bilərlər  |     12:06 Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlib  |    
Left Banner
Right Banner

Bir sevgi, bir qaçış, bir nikah: Azərbaycanlılar niyə əcnəbilərlə evlənir?

20.10.2025 19:59 633
Bir sevgi, bir qaçış, bir nikah: Azərbaycanlılar niyə əcnəbilərlə evlənir?

Ədliyyə Nazirliyi bu ilin 9 ayı ərzində Azərbaycan vətəndaşlarının əcnəbilərlə evlənməsi ilə bağlı statistikanı açıqlayıb. Statistikaya əsasən, Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb. Onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır. Məlumata görə, azərbaycanlılar daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb. 
Əvəllər Azərbaycan vətəndaşlarının xaricilərlə evliliyi cəmiyyətdə birmənalı qarşılanmırdı. Xüsusi ilə də qadınların əcnəbi vətəndaşla evliliyi bölgə və kənd yerlərində qınağa səbəb olurdu. Kəndlərdə qızın xarici ilə evliliyi həmişə ata və anaya başqaxıncı olub. Amma bu gün cəmiyyətdə əcnəbi kişi ilə evlilik məsələsində vəziyyət fərqlidir. İstər bölgələrdə, istərsə də paytaxtda əcnəbi ilə ailə quran qadınlara həmkarları, qohumları belə desək, həsəd aparanlar var. Görünən odur ki, Azərbaycan qadınlarının xarici oğlana ərə getməsi səbəbsiz deyil. Sual olunur, filankəsin qızı niyə qara dərili oğlanla evləndi? Belə qadınlardan birinin Qaynarinfo-ya dediklərindən: "Ailəm rayonda yaşayırdı, çox gözəl münasibətlərimiz, sayılıb-seçilən nəslimiz var idi. Amma bir gün... Hamı kimi mən də sevib-seçdim. Ən başlıcası isə inandım. Bir də baxdım ki, hamiləyəm. Bunu oğlana deyəndə ailəsi daş atıb baş tutdu. Dedilər ki, "Bizə qarnıburnunda olan gəlin lazım deyil". İş böyüdü, bütün kənd, rayon məndən danışmağa başladı. O qədər stress keçirdim ki, hamiləliyim sonuclandı, uşaq tələf oldu. Beləcə məni həmin evliliyə aparan səbəb qalmadı. Ondan sonra qaragünlərim başladı, nəsil, kənd, kim gəldi başqaxıncı edirdi. Atam bu utanca üzləşməmək üçün kəndən köçməyə qərar verdi. Baxdım ki, atam doğulduğu kəndi qoyub getməyə qərarlıdır, onu durdurmağın bircə yolu var idi - evdən qaçdım, Bakıya gəldim. Burada kafe və restoranlarda iş tapdım. Həmin vaxtlar işlədiyim kafeyə tez-tez qara dərili tələbələr gəlirdi. Onların biri ilə dostlaşdım. Bu münasibətlər bizi daha da yaxınlaşdırdı və bir gün dedi ki, gəl bir yerdə yaşayaq. Beləcə bu təklifə razılıq verdim. Əlacım da yox idi, hara getsəydim yaşadıqlarım məni qarabaqara izləyəcəkdi". 
Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əvvəl Azərbaycanda xarici oğlanla ailə quran yox idi:

"Biz mühafizəkar cəmiyyətdə yaşayırdıq, ictimai qınaq böyük idi. Uşaqlar əsgər gedəndə deyirdilər ki, xidmətdən sonra vətənə dön, başqa millətin nümayəndəsi ilə ailə qurma, gələrsən öz millətinlə ailə qurarsan və s. kimi bir yanaşma var idi. Azərbaycan qlobal dünyaya açıldı, açıq cəmiyyətə inteqrasiya etdi xarici ölkələrə gediş-gəliş, seriallar, kliplər və s. bütün bunlar insanları düşüncəsində dəyişdi.  İctimai qınaq zəiflədi, insanlar ailə qurmaq qərarlarında sərbəst seçim etməyə başladılar. Əvvəl Azərbaycan  qadını xarici oğlanla ailə qurmazdı. Amma bu gün edilən təklifə dərhal "hə"  deyir. Səbəbləri var. Qızın nişanı qayıdır, yaxud da ailə qurur, evlilik həyatı qaydasında olmayan kimi boşanmağa qərar verir. Azərbaycan cəmiyyətində belə qadınlarla ailə qurmaq bir qədər qəribə qarşılanır. Qızlar da fikirləşir ki, əgər cəmiyyət mənim ikinci dəfə ailə qurmağımı pis qarşılayırsa, o zaman xarici vətəndaşla da ailə quraram. Xarici vətəndaş qadını sorğulamır, nişanlı, yaxud ərdə olub-olmayıb, niyə boşanıb deyə. Ona görə də qadın əcnəbiyə gedir".

Sosioloq bu gün Azərbaycan kişilərinin də əcnəbi qadınlarla ailə qurmasının müxtəlif səbəbləri olduğunu xatırladıb: 

"Kişilər çox vaxt işləmək üçün üz tutduğu ölkədə daimi yaşamaq kimi məqsədlərlə ailə qururlar. Belə olanda onlara həmin ölkədə dəyib-dolaşan olmur".

Üzeyir Şəfiyev hər bir halda bunun yaxşı bir tendensiya olmadığını diqqətə çatdırıb:

"Yaxşı olardı ki, öz vətəndaşlarımızla ailə qursunlar. Bu genefond təhlükəsizliyi baxımından bizi sığortalamış olar, həm də bütövlükdə Azərbaycanın ailə dəyərlərini, ailə institutunu qoruyub saxlayardı".
скачать dle 11.3
Mojo.az Banner