Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək |
Mojo.az Avto
Mojo.az Avto

Bakının məşhur kinoteatrı bərpa olunmayacaq - Tarixi abidə statusu verilmədi

17.10.2025 17:32 627
Bakının məşhur kinoteatrı bərpa olunmayacaq - Tarixi abidə statusu verilmədi
Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına, həmçinin bərpa edilməsinə müsbət rəy verilməyib.

"Report"un əldə etdiyi məlumata görə, binaya baxış keçirildikdən sonra onun qəzalı vəziyyətdə və bərpaya yararsız olduğu qənaətinə gəlinib.

Binanın restavrasiya edilməsi istiqamətində ötən ilin dekabrında müsabiqə keçirilməsini və bu ilin martında qaliblərin açıqlandığını nəzərə alaraq "Report" Azərbaycan Memarlar İttifaqı ilə əlaqə saxlayıb.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə binanın bərpası istiqamətində keçirilən müsabiqə barədə qeyd edib ki, yekun nəticədə binanın tarixi abidə kimi qiymətləndirilmədiyi görünür.

"Biz müsabiqə yolu ilə, bir növ, ictimai rəyi, peşəkar memarları mövzuya cəlb etmişdik və nəticə belə oldu ki, bina tarixi abidə kimi qiymətləndirilmir. Təqdim olunan layihələrə baxanda aydın görünür ki, orada binanın əvvəlki forması qoruyan, olduğu kimi saxlayan layihə yoxdur. Təyinatından tutmuş görünüşünə qədər hər bir detal dəyişdirilib. Yəni təqdim olunan layihələrin heç birində bərpa elementi yox idi. Bir sözlə, qənaət budur ki, "Dostluq" kinoteatrı tarixi abidə statusuna layiq deyil".

Məlumat üçün qeyd edək ki, "Dostluq" kinoteatrının bərpası üçün ötən il Azərbaycan Memarlar İttifaqı tərəfindən açıq müsabiqə elan olunmuşdu. Bu ilin martında müsabiqə başa çatmış və qaliblər elan olunmuşdu.

Son xəbərlər