Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı fənni ilə bağlı petisiya başladıldı

15.10.2025 20:13 633
Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı fənni ilə bağlı petisiya başladıldı
Gürcüstan azərbaycanlıları "Etnik azlıqların dili” fənninin təhsil proqramından çıxarılmasını və onun əvəzinə "Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini istəyirlər.

APA xəbər verir ki, bununla bağlı "change.org” platformasında Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadzeyə ünvanlanmış petisiya yerləşdirilib.

Petisiyanın müəllifi "Maarif” təşkilatının rəhbəri Aygül İsayeva bildirib ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında "Azərbaycan dili və ədəbiyyatı” fənninin adının "etnik azlıqların dili” termini ilə əvəzlənməsi qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir.

Onun sözlərinə görə, təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda "Gürcü dili və ədəbiyyatı” yazıldığı kimi, azərbaycanlıların ana dili və ədəbiyyatı ilə bağlı fənnin adının da "Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsi məntiqli və məqsədəuyğun olar.

Tələb olunan sayda imzalar toplanandan sonra petisiya Gürcüstanın Elm, Təhsil və Gənclər Nazirliyinə təqdim ediləcək.скачать dle 11.3
Mojo.az Banner