Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Son doqquz ayda Naxçıvanda 31 nəfər dəm qazından zəhərlənib, 2-si ölüb

14.10.2025 21:03 600
Son doqquz ayda Naxçıvanda 31 nəfər dəm qazından zəhərlənib, 2-si ölüb
Bu ilin doqquz ayında Naxçıvanda 31 nəfər dəm qazından zəhərlənib, 2-si ölüb.

Bu barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu müddətdə zəhərlənmə hallarının 29-u ambulator formada qeydə alınıb və xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Vurğulanıb ki, dəm qazı ilə zəhərlənmə halları əsasən qış aylarında, xüsusilə, yanvar və mart aylarında daha çox müşahidə olunub.

Son xəbərlər