Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dondurma və qazlı içkilərdəki inqrediyent saç tökülməsinin qarşısını ala bilər - Alimlər

11.10.2025 21:16 861
Dondurma və qazlı içkilərdəki inqrediyent saç tökülməsinin qarşısını ala bilər - Alimlər
Alimlər siçanlar üzərində apardıqları araşdırmada gözlənilməz nəticə əldə ediblər: minlərlə şirniyyat, desert və pəhriz içkilərində istifadə olunan şəkər əvəzedicisi saçların yenidən çıxmasına kömək edə bilər. 

Bu barədə "Daily Mail" məlumat yayıb.

Söhbət "steviya” adlı təbii, kalorisiz şirinləşdiricidən gedir. Dünyada 40 mindən çox məhsulda istifadə olunan bu maddənin tərkibində ona şirin dad verən "steviyozid” adlı birləşmələr mövcuddur.

Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, bu birləşmələr saç tökülməsinə qarşı məşhur vasitə olan "minoksidil” (digər adı ilə "Rogaine”) ilə birlikdə istifadə edildikdə, baş dərisində saçların yenidən çıxmasını stimullaşdıra bilər.

ABŞ-da təxminən 40 milyon insan tərəfindən istifadə olunan "minoksidil” ucuz və geniş yayılmış bir preparat sayılır. Araşdırma zamanı siçanların keçəl sahələrinə bir ay boyunca hər gün "minoksidil” və "steviyozid” qarışığı hopdurulmuş mikroiynəli plastırlar yapışdırılıb.

Nəticədə, təcrübə bitəndə siçanların arxa hissəsinin 67,5 faizində yeni tük çıxıb. Müqayisə üçün, eyni dövrdə yalnız 2 faiz "minoksidil” məhlulu tətbiq edilən siçanlarda bu göstərici cəmi 25 faiz olub.

Sidney Universitetindən əczaçı Lifen Kan bildirib:

"Steviyozidin minoksidilin effektivliyini artırmaq üçün istifadəsi, saç tökülməsinin daha təbii və təsirli müalicəsinə doğru atılmış ümidverici addımdır. Bu, milyonlarla insana fayda verə bilər".

Alimlər hələ də steviya ekstraktlarının saç çıxmasına necə təsir etdiyini tam bilmir. Onların ehtimalına görə, steviyozidlər orqanizmin "minoksidil”i daha yaxşı mənimsəməsinə kömək edir.

Bununla belə, tədqiqat hələ kiçik miqyasda aparılıb və yalnız siçanlar üzərində sınaqdan keçirilib. Mütəxəssislər bildirirlər ki, bu qarışığın insanlarda da eyni təsiri göstərib-göstərməyəcəyi hələlik məlum deyil.

Məqalədə vurğulanır ki, sadəcə daha çox steviya tərkibli məhsul — məsələn, qazlı içkilər və dondurma — istehlak etmək saçların artmasına səbəb olmayacaq. Steviya həmçinin şəkər əvəzedicisi kimi kafe və çaylara da əlavə olunur.
//qaynar.az

Son xəbərlər