Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Marketlərdən bu məhsulları almayın - Ekspertdən xəbərdarlıq

04.10.2025 22:50 528
Marketlərdən bu məhsulları almayın - Ekspertdən xəbərdarlıq
Marketlərdə satılan "fit", "eko" və "şəkərsiz" kimi etiketli məhsullara aldanmayın.
 
Bunu rusiyalı qidalanma mütəxəssisi Veronika Qusakova söyləyib.
 
Onun sözlərinə görə bu cür "sağlam" hesab edilən məhsulların çoxunda gizli şəkər var.
 
"Ümumdünya Səhiyyə Təşkilatı gündəlik şəkər qəbulunun ümumi kalori miqdarının 10 faizindən çox olmamasını tövsiyə edir. Lakin araşdırmalara əsasən, insanlar düşündüklərindən 20-30 faiz artıq şəkər qəbul edirlər. Bunun səbəbi isə istehsalçıların şəkəri başqa adlarla gizlətməsidir, məsələn, aqava siropu, meyvə şirəsi konsentratı, maltodekstrin və ya kokos şəkəri kimi...
 
Ən çox aldanılan məhsullar meyvəli yoqurtlardır. Belə yoqurtların 100 qramında 6-12 qram şəkər olur. Yəni, kiçik bir yoqurt, uşağın gündəlik şəkər normasına bərabərdir", - deyə o bildirib.
 
Ekspert həmçinin "şəkərsiz" batonçiklərə və "dənəli" çörəklərə də diqqətli yanaşmağı məsləhət görür. Bu məhsulların çoxunda da şəkər siropu və ya şirinləşdirici maddələr olur. Məsələn, dənəli çörəyin bir dilimində təxminən 3-4 qram şəkər var.
 
Qusakova qeyd edib ki, soya sousu, ketçup və hazır salat sousları da çoxlu gizli şəkər ehtiva edir. Bəzi ketçuplarda 100 qramda 20 qramadək şəkər olur.
 
Bundan əlavə, meyvəli smuzilər və bitki südləri də düşündüyünüz qədər sağlam deyil. "Yulaf südü ilə hazırlanan soyuq latte içkisində 25 qramadək şəkər ola bilər və bu, bir banka koladan da çoxdur," - deyə o bildirib.
 
Qusakova məsləhət görür ki, məhsul alarkən qablaşdırmada yazılan "şəkərsiz" ifadəsinə deyil, tərkib siyahısına baxmaq lazımdır. "Əgər "sirop", "nektar" və ya "konsentrat" kimi sözlər varsa, bu, şəkərin gizli şəkildə əlavə edildiyini göstərir," - deyə mütəxəssis əlavə edib.
 
O sonda bildirib ki, ən doğru seçim təbii və emal olunmamış məhsullardır: meyvələr, giləmeyvələr, qoz-fındıq və sadə süd məhsulları. Bu qidalarda şəkər təbii olur və orqanizmə zərər vermir. (Milli.az)скачать dle 11.3
Mojo.az Banner