Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda baş verib.
Yolda hərəkətdə olan VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən qarşı hərəkət zolağında olan "Mercedes" markalı maşınla toqquşub.
Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.