Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq

03.10.2025 14:57 513
Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikasının (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar oktyabrın 4-də saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Son xəbərlər