Mojo.az Banner
14:46 "Oğlunu öldürmüşük, növbə sənindir" - Qətldə təqsirləndirilən ata ilə qızının məhkəməsində ilginc ifadələr  |     14:40 Köç karvanı Xocavəndə çatdı  |     14:32 "Roşka"nın məhkəməsi növbəti dəfə təxirə salınıb  |     14:19 90 yaşlı professor vəfat etdi  |     13:36 Maşınlar üçün 88 saylı yeni avtomobil nömrələri istifadəyə verildi - FOTO  |     13:22 Tale Heydərovun bir milyonu ƏLƏ KEÇİRİLİB - Məşhur iş adamı HƏBS OLUNDU - FOTO  |     13:14 57 yaşlı qadın dəm qazından ölüb  |     13:06 Bakıda yaşayış binasında yanğın söndürüldü - Sakinlər təxliyə edild  |     13:05 Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı  |     13:05 Bakıda maşın yandı - Video  |     12:53 İrandan Azərbaycana daha 15 nəfər təxliyə edilib  |     12:52 Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır: Alimlərdən xəbərdarlıq  |     12:51 Bakıda dərsdən qaçmaq istəyən uşaqdan ŞOK ADDIM  |     12:49 Qadın hərbçilərlə bağlı YENİLİK - Milli Məclis TƏSDİQLƏDİ  |     12:44 Parlament "Yerin təki haqqında" Qanuna dəyişiklikləri son oxunuşda qəbul edib  |     12:39 Tramp: "Kubanı ələ keçirmək şərəfi mənə məxsus olacaq"  |     12:38 Azərbaycan nefti cüzi bahalaşıb  |     12:33 İki qurumdan əhaliyə Novruz XƏBƏRDARLIĞI - Video  |     12:30 Kuba yaxınlığında güclü zəlzələ baş verib  |     12:28 Tovuzda PARTLAYIŞ: Bir ailənin 4 üzvü xəsarət aldı - Video  |    
Left Banner
Right Banner

Şəxs yalnız bu halda hansısa cinayəti törətməkdə təqsirli hesab edilə bilər

30.09.2025 19:46 315
Şəxs yalnız bu halda hansısa cinayəti törətməkdə təqsirli hesab edilə bilər
“Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir”.

Bu barədə məlumat Azərbaycan Respublikasının Ali Məhkəməsi konkret iş üzrə qəbul etdiyi qərarında əksini tapıb.

Ali Məhkəmə qeyd edib ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də,cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun.

Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır.

Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər. O şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin.скачать dle 11.3
Mojo.az Banner