Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Yaxşı pul olacaq" demişdi, dostunun 100 min pulunu batırdı

27.09.2025 22:13 582
Dostundan aldığı 100 min manatdan çox pulu onlayn investisiyada batıran şəxs məhkəmə zalında həbs edilib.

"Qafqazinfo”nun məlumatına görə, 34 yaşlı Ramin Şamilliyə verilmiş ittiham yetərli sübutlarla təsdiqini tapmış hesab edilib.

İttihamda yazılıb ki, Ramin orta məktəbdə birgə oxuduğu Aqşin Şadlinskidən onlayn yolla investisiya şirkətlərinə yatırım etmək üçün 106 min 500 manat alıb. O, Aqşini inandırıb ki, bu yatırım nəticəsində yaxşı pul əldə edəcəklər və nəticədə hər ikisi də qazanacaq.

Bu əməlinə görə mühakimə edilən Ramin ifadəsində deyib ki, Aqşini valyuta bazarına yatırım etməyə məcbur etməyib, əksinə, özü könüllü razı olub. İlk vaxtlarda da ona 40 min manat qazandırıb. Lakin sonradan şirkətlərdən bəziləri bağlanıb, bəzilərinin də serverlərində problem yaranıb. Nəticədə 106 min manat batıb.

O, əməlində cinayət tərkibi olmadığını düşündüyündən özünü təqsirli bilməyib. Əlavə olaraq deyib ki, bu məsələ ilə bağlı daha əvvəl də araşdırma aparılıb, amma cinayət işinin başlanmasından imtina edilib. İkinci araşdırmadan sonra isə eyni epizodlar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Zərərçəkmiş Şadlinski isə dostunun onun inamından istifadə etdiyini, hələ də pulunu qaytarmadığı üçün şikayətçi olduğunu bildirib.

Raminin Aqşinə yazdığı "sənin pulunu nə vaxtsa verəcəyəm”, "pulunu verəcəyəm, onsuz da cəhənnəmin ortasındayam”, "özümü və evdəkiləri də qurtarmağa çalışıram” məzmunlu SMS-ləri də sübut kimi qeydə alınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Şamilli külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. Bütün istintaq müddətində azadlıqda olan müttəhim məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.

Son xəbərlər