Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

117 yaşlı qadının DNT-si öyrənildi: Alimlər uzunömürlülüklə bağlı ipucları tapdı

26.09.2025 19:24 978
117 yaşlı qadının DNT-si öyrənildi: Alimlər uzunömürlülüklə bağlı ipucları tapdı
İspaniyada yaşamış Mariya Branyasın 117 il ömür sürməsi alimlərə insan uzunömürlülüyü ilə bağlı yeni məlumatlar əldə etməyə imkan verib. 

Median.Az xəbər verir ki, araşdırma nəticələri "Cell Reports Medicine" jurnalında dərc olunub.

Alimlər bildirirlər ki, Branyasın bəzi nadir genetik variantları uzunömürlülük, immun sistemin güclü fəaliyyəti, ürək və beyin sağlamlığı ilə əlaqəlidir. Qadının qan, tüpürcək, sidik və nəcis nümunələri 2024-cü ildə - onun vəfatından əvvəl - könüllü olaraq təqdim olunmuşdu.

Barselonadakı Cozep Karreras Leykoz Araşdırmaları İnstitutunun tədqiqatçıları qeyd edib ki, Branyasın hüceyrələri xronoloji yaşından qat-qat gənc hüceyrələr kimi "davranır". O, doğma Kataloniyada qadınların orta ömür uzunluğunu 30 ildən çox geridə qoyaraq dünyada ən yaşlı insanlardan biri olmuşdu.

Sağlamlığının sirləri

Alimlərin fikrincə, Branyas yüksək yaşına baxmayaraq yaxşı sağlamlıq vəziyyətinə malikdir:

* ürək-damar sistemi əla durumda olub,
* iltihab səviyyəsi aşağı qalıb,
* immun sistemi və bağırsaq mikrobiomu gənc yaş qruplarına xas göstəricilər nümayiş etdirib.

117 yaşında onun "pis" xolesterin və triqliserid səviyyəsi son dərəcə aşağı, "yaxşı" xolesterin səviyyəsi isə çox yüksək olub. Bununla yanaşı, aktiv sosial və intellektual həyat tərzi, həmçinin Aralıq dənizi pəhrizi də uzunömürlülüyə təsir etmiş ola bilər.

Telomerlərlə bağlı müşahidələr

Tədqiqatçılar Branyasın xromosomlarının son hissələrini qoruyan telomerlərin güclü şəkildə qısaldığını aşkarlayıb. Normalda bu, ölüm riskinin artması ilə əlaqələndirilir. Lakin alimlər qeyd edirlər ki, çox qısa telomerlər bədxassəli hüceyrələrin nəzarətsiz çoxalmasının qarşısını ala bilərdi.

Mütəxəssislər vurğulayır ki, belə nəticələr yalnız bir nəfərə aid olduğundan, daha geniş elmi nəticələr üçün kütləvi araşdırmalar aparılmalıdır.

Son xəbərlər