Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Laza kəndinə gələn palçıq seli 10 ev üçün təhlükə yaradıb - Sakinlər təxliyə ediliblər

26.09.2025 12:52 618
Laza kəndinə gələn palçıq seli 10 ev üçün təhlükə yaradıb - Sakinlər təxliyə ediliblər
Qusarın Laza kəndində daş-palçıq qarışıqlı sel sularının evlərə dolmasının qarşısı alınıb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın sentyabrın 22-si səhər saatlarından müşahidə olunur. Kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, evlərin həyətlərinə dolub. Bir neçə gün davam edən palçıq axını ötən gündən başlayaraq nisbətən azalıb.

"Üç gündür çaya sel gəlir. Kənddə bir neçə evi, çörək bişirən yeri, mağazanı su basıb. Bəzi evlərin sakinləri təxliyə olunub, evdəki avadanlıqları çıxarıblar", - deyə Laza kənd sakini Sərxan Ağakişiyev bildirib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun sözlərinə görə, sellə gələn palçıq qatı 10 ev üçün təhlükə yaradıb. Bununla əlaqədar 3 evin sakinləri müvəqqəti olaraq başqa yerə köçürülüb. Əraziyə texnikalar cəlb olunaraq, çay məcrasının təmizlənməsi, bəndlərin qurulması və palçıq axının istiqamətləndirilməsi işləri aparılıb.

"Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri nəzarət edir və fəsadların aradan qaldırılması üçün tədbirlər görülür", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

Son xəbərlər