Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Oleq Qazmanovun təqaüd pullarını mənimsəməkdə ittiham olunan Gevork Sarkisyanın anası axtarışa verildi

25.09.2025 11:17 585
Oleq Qazmanovun təqaüd pullarını mənimsəməkdə ittiham olunan Gevork Sarkisyanın anası axtarışa verildi
Rusiya hüquq-mühafizə orqanları məşhur müğənni Oleq Qazmanovun əleyhinə fırıldaqçılıqda ittiham olunan Gevork Sarkisyanın anasını rəsmi olaraq axtarışa verib.

Bu barədə "RIA Novosti" məhkəmə sənədlərinə istinadən xəbər yayıb.

Sənədlərdə qeyd olunub ki, Gevork Sarkisyanın anası Dina Sarqsyan xüsusilə böyük miqdarda fırıldaqçılıq əməlinə görə axtarışa verilib.

Xatırladaq ki, sentyabrın 24-də Moskva Şəhər Məhkəməsinin iclasında Qazmanovun işi üzrə zərərçəkənlərin sayı açıqlanıb. Fırıldaqçılıq işində zərərçəkən kimi dörd nəfər - Qazmanovun özü, həyat yoldaşı, oğlu və sahibkar Marina Lebedyeva qeydə alınıblar. Həmçinin məhkəmə müğənninin ailəsinin keçmiş dostu Gevork Sarkisyanın oktyabrın 6-na qədər həbsdə saxlanılmasını təsdiqləyib.

Oleq Qazmanov bu ilin sentyabrında fırıldaqçılıqla bağlı Moskva Şəhər Məhkəməsinə müraciət edib. Müğənni bildirib ki, o və xanımı fırıldaqçı sxemin qurbanı olublar. 2019-cu ildə Qazmanovlar tanışları Gevork Sarkisyana böyük məbləğdə pul borc veriblər. Sarkisyan guya bu vəsaiti investisiya kimi istifadə etmək niyyətində olub. Bu, müğənninin təqaüd üçün yığdığı pullar olub.

Sonradan kişi borcu və onun faizlərini ödəməkdən imtina edib. Müğənni bildirib ki, investisiya prosesində iştirak etməyib və Sarkisyanın pulları haraya yatırım etmək istədiyindən xəbərsiz olub.

Son xəbərlər