Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

"Velosiped zolağı çəkiləndən nə kirayəhaqqını, nə də vergini ödəyə bilirik" - Video

22.09.2025 22:17 498
İctimai Televiziya Bakıda velosiped yollarının artması və şaxələndirilməsini tənqid edən süjet yayımlayıb.

Süjetdə Bakıda çəkilən velosiped yollarının tıxac yaratdığı bildirilib.

Qeyd olunub ki, dar yollarda çəkilən velosiped zolaqları avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, ətrafda yerləşən iş yerlərinin fəaliyyətini pozur.

Velosiped yollarının əksər hallarda boş qaldığı həmçinin bu küçələrdə avtomobillərin park edilməsinin qadağan olunmasının sahibkarların gəlirlərinin azalmasına səbəb olduğu vurğulanıb.

Parlament prospektində "coffee-shop” işlədən sahibkar İlkin İbrahimov deyib ki, velosiped zolaqlarının çəkilməsindən sonra müflisləşmək təhlükəsi ilə üzləşib: "Burada ümumiyyətlə velosiped sürülmür. Prospektin kənarını velosiped zolağı deyil, parkinq etsəydilər, daha yaxşı olardı. İş yerləri sayəsində büdcəyə vəsait daxil olardı. Həm də bu prospektdə zolaq əks tərəfdə - 20 nömrəli məktəb tərəfdə çəkilməli idi ki, şagirdlər də istifadə edə bilsin. Lakin bizim tərəfdə çəkilməsi bizə böyük zərər vurur”.

Qeyd edək ki, İTV-nin süjeti insanyönümlü şəhər tərəfdarlarının narazılığına səbəb olub və onlar telekanalı tənqid ediblər.

Daha ətraflı videomaterialda:

Son xəbərlər