Antalyada bazarda partlayış olub, yaralılar var
Bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, bazardakı müəssisələrdən birində qeydə alınan hadisə nəticəsində dörd nəfər yaralanıb. Bir nəfərin öldüyü bildirilsə də, hələ rəsmi şəkildə təsdiqlənməyib.
Partlayışın baş vermə səbəbi hələlik məlum deyil.
Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
