Mojo.az Banner
19:42 İmişlidə təkər təmiri sexində partlayış - Xəsarət alanlar var  |     19:37 Sabah 36° isti olacaq  |     19:29 Dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq  |     19:23 Birinci Qarabağ müharibəsinin veteranı vəfat etdi  |     19:15 Kolleclərə qeydiyyat başlayır  |     19:10 Azərbaycanda 46 partlayış olub - 4 nəfər ölüb  |     19:02 Zəngəzur dəhlizi barədə mühüm xəbər açıqlandı - VİDEO  |     18:57 Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var (Video)  |     18:49 Sərhədi qanunsuz keçən PUA-nı NATO qırıcısı vurdu  |     18:43 8 ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - Video  |     18:35 Narkotikin təsiri altında maşın sürdü - həbs olundu  |     18:27 Yemək qoxusundan bezmisiniz? – Bu üsullar kömək edə bilər  |     18:17 Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var  |     18:09 Böyükşor gölündən buna görə pis qoxu gəlirmiş - RƏSMİ  |     18:07 Samuxda 12 yaşlı oğlan su kanalında batıb  |     17:50 Azərbaycanda DÖVLƏT BORCUNUN həcmi bilindi  |     17:37 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib  |     17:28 Qarabağa qayıdan məcburi köçkünlərin sayı açıqlanıb  |     17:19 Qazaxın bir kəndində QAZ OLMAYACAQ  |     16:58 Dövlət qulluqçularının adından kiberdələduzluq: 8 nəfər tutuldu (VİDEO)  |    
Left Banner
Right Banner

Oğuzda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən bir ailənin üzvləri tutulub

22.09.2025 18:29 720
Oğuzda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən bir ailənin üzvləri tutulub
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü- əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub. Saxlanılan şəxslər çətənə kollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərini bildiriblər. M.Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs, D.Məmmədova barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner