Mojo.az Banner
13:00 Çində "Delfin" tayfunu: Bir milyondan çox insan təxliyə edildi  |     12:56 Amerikalı aktyor və keçmiş siyasətçi Ben Cons vəfat edib  |     12:52 Hacıqabulda qayınata sərxoş kürəkənini çomaqla döydü  |     12:48 Şəmkirdə qaynaqçını cərəyan vurub öldürdü  |     12:25 İmişlidə balıqçı Araz çayında boğuldu  |     12:10 Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:49 Leyla Əliyeva sözlərinə yazılan mahnı ilə bağlı paylaşım edib - VİDEO  |     11:43 Vaxtilə populyar olan sosial şəbəkə yenidən işə salına bilər  |     11:29 Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi  |     11:23 Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan öldü  |     23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |    
Left Banner
Right Banner

Adnan Əhmədzadənin həbs xəbəri yayıldı

20.09.2025 14:21 822
Adnan Əhmədzadənin həbs xəbəri yayıldı
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.

Median.Az
-ın məlumatına görə, bu barədə Musavat.com fttc.com.ua-ya istinadən xəbər yayıb.

Bildirilir ki, məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.

Xəbərlərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Mənbələrin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.

Xatırladaq ki, iyul ayında məlum oldu ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.

Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.

A.Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.

Qeyd edək ki, A.Əhmədzadə 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyonu Azərbaycana gətirməsi ilə geniş rezonansa səbəb olmuşdu.скачать dle 11.3
Mojo.az Banner